Ərini öldürən 26 yaşlı qadından xəbər var - `Atası və qardaşı ilə birlikdə...`


18:23     13 İyul 2017 26%20yasli.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda maddəsi ilə təqsirləndirilən Gülər Mirzəyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə mərhumun qanuni nümayəndəsi Qnyaz Babayevin vəkili Bəxtiyar Hacıyev vəsatətlə çıxış edərək, G. Mirzəyevəyə qarşı açılan cinayət işinə xitam verilməsini istəyib. O, vəsatətini cinayəti G. Mirzəyevanın tək deyil, atası və qardaşı ilə birlikdə törətməsi ilə əsaslandırıb: "Biz hesab edirik ki, cinayəti Gülər Mirzəyeva tək yox, onun atası və qardaşı ilə birlikdə törədib. Bu baxımdan bu iki şəxsə qarşı da ittiham irəli sürülməlidir. Buna görə də iş yenidən araşdırılması üçün istintaqa qaytarılmalıdır".

Məhkəmə vəsatəti hazırkı mərhələdə əsassız hesab etdiyindən təmin etməyib.

Məhkəmə baxışı iyulun 21-nə təyin edilib.

Qeyd edək ki, ötən il noyabrın 5-də Maştağa qəsəbəsindəki fərdi yaşayış evində 26 yaşlı Gülər Mirzəyeva həyat yoldaşı, 32 yaşlı Şəmsi Babayevi bıçaqlayaraq öldürüb. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə iş başlanılıb. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 5518